Şuşada vacib sənəd İMZALANDI

Hazırda oxunan: Şuşada vacib sənəd İMZALANDI

118994

Azərbaycan hökuməti, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı məcburi köçkünlərin təhlükəsiz qayıdışının dəstəklənməsi məqsədilə minaların təmizlənməsi üzrə qüvvələrini birləşdirir.

Bizim.Media xəbər verir ki, bu gün Şuşada Aİ, BMTİP və ANAMA Azərbaycanda məcburi köçkünlərin təhlükəsiz qayıdışının dəstəklənməsi məqsədilə yeni layihə imzalayıb.

Qeyd edək ki, layihə üçün 4,25 milyon avro maliyyə töhfəsi verən Avropa İttifaqı bu günə qədər Azərbaycanda minatəmizləmə əməliyyatlarına ən böyük dəstək verən beynəlxalq təşkilatdır.
Layihə geri qayıdan 33 minə yaxın ailənin özlərini daha təhlükəsiz hiss etmələrinə və yaşayış vasitələrini bərpa etmələrinə kömək edəcək. Minaların və partlamamış hərbi sursatların (PHS) mövcudluğu məcburi köçkünlərin təhlükəsiz və könüllü qayıdışının qarşısını alır.

Bunu nəzərə alaraq Aİ, ANAMA və BMTİP öz səylərini mina və PHS-ləri təmizləyən cavab qruplarını hazırlamaq, təchiz etmək və yerləşdirmək istiqamətində birləşdirib. Layihə çərçivəsində Azərbaycanda ilk qadın minatəmizləmə qruplarının yaradılması da nəzərdə tutulur.

Bu tədbirlər, həmçinin layihə müddətindən sonra da münaqişədən zərər görmüş ərazilərdə insanların həyatını xilas etmək və icmaların yenidən qurulmasına yardım üçün ANAMA əməkdaşlarının strategiya və məlumatların idarə edilməsi üzrə təlim sessiyalarına dəstək verəcək.
Məcburi köçkünlər layihədən faydalanmaqla yanaşı, həm də layihədə fəal iştirak edəcəklər. Yeni minatəmizləmə qrupları yerli icmalarla sıx əməkdaşlıq edəcək və qeyri-hökumət təşkilatlarının minatəmizləmə fəaliyyətlərində iştirakı təşviq ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin