"Könüllü Həkimlər Assosiasiyasının üzvləri Türkiyəyə yola düşməyə tam hazırdır".
Bu barədə Bizim.Media-ya Assosiasiyasının rəhbəri Oktay Mehtiyev məlumat verib.
O bildirib ki, qardaş ölkədə zəlzələ nəticəsində yaralananlara kömək etmək üçün ilkin mərhələdə 44 həkim səfərə hazırlaşıb:
"Briqadamızın tərkibində tibbin bütün ixtisasları üzrə həkimlər yer alır. Biz müraciətimiz üzrə Türkiyə səfirliyindən gedəcəyimiz istiqaməti öyrənib yola düşəcəyik. Orada vəziyyət qiymətləndirildikdən sonra əlavə tədbirlər də görməyə hazırıq", - deyə o, qeyd edib.
Xatırladaq ki, həkim briqadası özləri ilə tibbi ləvazimatlar, dərman preparatları və cihazlar aparacaqlar.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu