Bakı Şəhər İcra Hakimiyyətindən hava ilə bağlı əhaliyə MÜRACİƏT

Hazırda oxunan: Bakı Şəhər İcra Hakimiyyətindən hava ilə bağlı əhaliyə MÜRACİƏT

118962

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün günün ikinci yarısından başlayaraq fevralın 9-a kimi ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, temperaturun xeyli enəcəyi, sulu qar, qar yağacağı, güclü külək əsəcəyi proqnozlaşdırılır.

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, qeyd olunanlarla bağlı Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərinə müraciət edərək, gözlənilən hava şəraiti ilə bağlı müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Bakıda və Abşeron yarımadasında gözlənilən güclü küləklə əlaqədar yüngül konstruksiyalı tikililərdən, reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq və avtomobilləri saxlamamaq tövsiyə olunur.
Bildiririk ki, hava şəraiti ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumlar xüsusi, gücləndirilmiş iş rejimində çalışacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin