Təhsil Nazirliyi vətəndaşları videoformatda qəbul edəcək

Hazırda oxunan: Təhsil Nazirliyi vətəndaşları videoformatda qəbul edəcək

11893

Təhsil Nazirliyi bu gündən etibarən vətəndaş qəbulu prosesini videoqəbul formatında həyata keçirəcək.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, videoqəbulların təşkilində əsas məqsəd vətəndaş qəbulu prosesini səmərəli təşkil etməkdir.
 

MÖVZU İLƏ BAĞLI:

Təhsil Nazirliyinin respublika üzrə nəzarət mexanizmi yoxdur - EKSPERT


Nazirliyin vəzifəli şəxslərinin qəbuluna yazılmaq istəyən vətəndaşlar Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna zəng etməklə qəbula yazıla bilərlər.

Videoqəbullarda müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” qanuna uyğun olaraq baxılacaq.

Qeyd edək ki, qəbul günləri haqqında məlumatları Telefon Məlumat Mərkəzinin əməkdaşlarından əldə edə bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin