Hazırda quşçuluq müəssisələrində istehsal olunan toyuq ətinin ən ucuz fabrik satış qiyməti 4 manat 20 qəpikdən, ən bahalısı isə 4 manat 50 qəpikdən başlayır.
Bu faktı Bizim.Media-ya Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli təsdiq edib.
Belə olan halda, marketlərdə satış qiymətini də nəzərə alarsaq, 3 manat, hətta daha ucuz satılan toyuq məhsulunun ortaya necə çıxdığı sual yaradır. Üç ədədi on manata satılan toyuqlar haqqında danışmaq isə daha dəhşətlidir. Üstəlik də çox zaman bu məhsul kənd toyuğu adı altında satılır.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, broyler fabriklərində iki cür-kəsim üçün və yumurtalıq toyuqlar yetişdirilir:
“Bir neçə ildən sonra yumurtadan kəsilən toyuqların əti həddindən artıq bərk olur. Bəzi firmalar həmin toyuqları kəsib satışa çıxarır. Bu cür toyuq ətləri xarici ölkələrdə də olur. Belarusiya, Rusiya kimi ölkələrdə, o cümlədən bizdə bu cür toyuqları bazara çıxarırlar. Problem ondadır ki, həmin toyuqlar etiketləşdirilmir. Bu da qanunlara ziddir”.
AİB sədri bu məsələdə Azərbaycan Qida Təhlükəsizli Agentliyinin (AQTA) məsuliyyət daşıdığını deyib:
“AQTA-nın çatışmayan cəhətlərindən biri odur ki, bu toyuqların markalanmasını həyata keçirmir. Çox təəssüflər olsun ki, qurumun quru sərhədlərindəki kömrük məntəqlərində heç bir şöbəsi yoxdur. Xarici ölkələrdən gətirilən bu cür toyuqlar Azərbaycan əmtəə bazarına markalanmadan keçir. Gömrük orqanlarının da ciddi səhvi var. Dövlət orqanlarının biri, hətta onların səlahiyyətinə aid olmayan bir qanun pozuntusu gördükdə gərək digər dövlət orqanına xəbərdarlıq etsin. 25 ildir ki, dövlət orqanlarının bir-biri ilə əlaqəli işləməməsinin təəccübünü yaşayırıq.
Yenə də deyirəm markalanmadığını görür, amma yenə də bazara buraxır. Halbuki, markalanmalı və Azərbaycan dlilində istehlakçıya məlumatlar verilməlidir. Məhsul qida bazarına daxil olduqdan sonra AQTA iş aparmağa başlayır ki, bu da yolverilməzdir. Dövlət orqanlarını əlaqəli işləməlidir, bu qurumlar kiminsə özəl bağçası deyil ki, hər kəs ancaq öz qurumuna nəzarət etsin”.
Üç ədədi 10 manata satılan toyuqlara gəldikdə isə AİB sədri bildirib ki, bu cür şikayətlər tez-tez daxil olur. Burada çox məsələ gizlənir:
“Üç ədədi 10 manata olan toyuq ya xəstələkdən qırılan quşalrdır, ya da hansısa problem yaşanır. Burada marketinq fırıldağı da var, üç ədədi 10 manata deyib satılan toyuğun bəzən ümumi çəkisi 1.2 kq gəlmir. Adına da kənd toyuğu qoyub satılır ki, cəlbedici olsun. Amma kiloya yaxınlaşmayan, təxminən 750-800 qram olmayan toyuğu kəsib satmaq qidalılıq baxımdan heç bir fayda kəsb etmir. Bizsə daxil olan belə şikayətlərlə bağlı bir dövlət qurumuna müraciət edəndə, cavab verirlər ki, uyğun dövlət qurumuna ünvanlayın. Halbuki, özləri öz aralarında əlaqəli işləməli və problemi həll etməlidirlər”.
Azərbaycan əmtəə bazarına bu cür daxil olan başqa məhsulların da olduğunu deyən AİB sədri vurğulayıb ki, problemi həll etmək üçün AQTA-nın gömrük keçid məntəqlərində laboratoriyaları işləməlidir və bu cür halların qarşısını almaq üçün işlər aparılmalıdır.
Aygün İbrahimli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:15 / 07.02.2023
Növbəti QİDA TERRORU - Üç ədədi 10 manata satılan TOYUQLAR harada istehsal olunur?
Hazırda oxunan: Növbəti QİDA TERRORU - Üç ədədi 10 manata satılan TOYUQLAR harada istehsal olunur?
Hazırda oxunan: Növbəti QİDA TERRORU - Üç ədədi 10 manata satılan TOYUQLAR harada istehsal olunur?
118793
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.