''Dərslikləri insanlar yazır, səhv ola bilər'' - Təhsil naziri

Hazırda oxunan: ''Dərslikləri insanlar yazır, səhv ola bilər'' - Təhsil naziri

11876

Vətənpərvərlik mövzusu, dilə olan sevginin gündəmdə qalması, sıxışdırılıb çıxarılmaması vacibdir.

Bizim.Media xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Real TV”yə müsahibəsində deyib.
 

MÖVZU İLƏ BAĞLI:

5 minə yaxın insan məktəb direktoru olmaq istəyir


Onun sözlərinə görə, bunun üçün ailədə və məktəbdə ayrılan saatlar önəmlidir.

“Valideynlər öz uşaqlarına oxuyub-oxumamalarını, diplomun olub-olmaması sualını verməmələridir. Məsələ diplomda deyil, onun nəyi bacarması, səriştələrinin, dəyərlərinin nə olmasıdır.

Bu uşaq dürüstdürmü, bacarıqlıdırmı? Özünün üzləşdiyi problemi müstəqil həll edir, yoxsa kimsə onun yerinə edir?

Hərdən bilikdən bacarığa keçməyin vaxtıdır. İnsanlar bunu səhv başa düşürlər ki, daha bilməyə ehtiyac yoxdur.

İnsan nəyisə bilməklə yanaşı, onu həm də bacarmalıdır. Dərsliklərdə hərf səhvi tapıb sosial şəbəkəyə qoymaq asandır. Dərsliyin mahiyyəti ondan ibarətdir ki, bu minimaldır.

Yəni onun internetə çıxışı yoxdursa, heç olmazsa dərsliklərdə materialı öyrənsin. Biz dərsliyin görünməyən tərəflərini qeyd etmək istəyirik, lakin bizimlə onun görünən tərəfi danışılır, hərf səhvi axtarılır.

Dərslikləri insanlar yazır və səhv ola bilər. İl ərzində 300-ə qədər dərslik cildindən istifadə ediriksə və hər biri 100 səhifədən artıqdırsa, orada 5-6 səhv olacaq.

Dərsliyin mahiyyətini eşitməyə daha maraqlıyıq”, - deyə nazir vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin