"Guya cinayətkarın səfirliyə iki azyaşlı uşağı ilə gəldiyinə dair mediada xəbər yayılmışdı. Amma videodan göründüyü kimi bu, planlaşdırılmış terror hücumudur".
Bizim.Media xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə mətbuat brifinqində deyib.
O bildirib ki, səsləndirilən bəyanatların heç bir əsası yoxdur:
"Bu terrorçuların cəzalandırılmasını İrandan tələb etmişik. Lakin indiyə qədər İran heç bir əsaslı cavab verməyib".
Ayxan Hacızadə vurğulayıb ki, müşahidələrdən göründüyü kimi hücum edən şəxs ruhi xəstə deyil:
“Hadisədən sonra dövlət televiziyalarına müsahibəsində də bu aydın görünür”.
XİN sözçüsü bildirib ki, bu barədə səsləndirilən bəyanatlar əsassızdır.
Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub.
Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:58 / 06.02.2023
Terrorçuların cəzalandırılmasını İrandan tələb etmişik, lakin cavab VERİLMƏYİB - Ayxan Hacızadə
Hazırda oxunan: Terrorçuların cəzalandırılmasını İrandan tələb etmişik, lakin cavab VERİLMƏYİB - Ayxan Hacızadə
Hazırda oxunan: Terrorçuların cəzalandırılmasını İrandan tələb etmişik, lakin cavab VERİLMƏYİB - Ayxan Hacızadə
118757
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.