“Yaxın günlərdə Azərbaycanda da anoloji təhlükənin ola biləcəyilə bağlı əlimizdə heç bir əsas yoxdur”.
Bunu Bizim.Media-ya açıqlamasında Seysmoloji Xidmət Mərkəzinin Seysmologiya şöbəsinin müdiri Tahir Məmmədli Türkiyədə baş verən zəlzələ fonunda Azərbaycanda zəlzələ təhlükəsinin nə dərəcədə olub-olmadığı barədə danışarkən deyib:
“Öncə onu qeyd edim ki, Azərbaycan Türkiyə ilə eyni seysmoloji zonada yerləşmir. Zəlzələ iri dərinlik qırılmaları zonasında baş verir. Türkiyədəki qırılma zonası tamamilə başqa qırılma zonasıdır. Həm də məsafə nöqteyi-nəzərindən Azərbaycandan çox uzaqdadır. Yəni orada baş verən zəlzələnin birbaşa ölkəmizə heç bir təsiri yoxdur. Sadəcə olaraq, həmin zəlzələnin təsirilə kiçik titrəyişlər ölkəmizin cənubunda müəyyən dərəcədə, 2-3 bal intensivliyində hiss oluna bilər”.
Həmsöhbətimiz qeyd edir ki, Azərbaycanda da Türkiyədə baş verən zəlzələyə bərabər potensial ocaqlar var:
“Azərbaycan ümumiyyətlə seysmik cəhətdən aktiv bölgədir. Burada çoxlu güclü zəlzələ ocaqları mövcuddur. Hətta Türkiyədə baş verən zəlzələyə bərabər potensial ocaqlar var. Amma zəlzələnin nə vaxt baş verəcəyini əvvəldən müəyyən etmək mümkün deyil. Eyni zamanda, yaxın günlərdə Azərbaycanda da anoloji təhlükənin ola biləcəyilə bağlı əlimizdə heç bir əsas mövcud deyil. Öncədən proqnoz vermək imkanımız yoxdur”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:00 / 06.02.2023
Azərbaycanda seysmoloji durumla bağlı SON MƏLUMAT: “Biz həmin zonadan uzağıq, amma...”
Hazırda oxunan: Azərbaycanda seysmoloji durumla bağlı SON MƏLUMAT: “Biz həmin zonadan uzağıq, amma...”
Hazırda oxunan: Azərbaycanda seysmoloji durumla bağlı SON MƏLUMAT: “Biz həmin zonadan uzağıq, amma...”
118754
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.