Azərbaycan XİN İran polisini İTTİHAM ETDİ – Teraktın qarşısı alınmayıb

Hazırda oxunan: Azərbaycan XİN İran polisini İTTİHAM ETDİ – Teraktın qarşısı alınmayıb

118749

"İranda səfirliyimizə silahlı hücum edən terrorçu saxlanılarkən onunla cinayətkar kimi rəftar edilməyib. İran polisinin terror aktına müdaxilə etməməsi hadisənin əvvəlcədən planlaşdırılmış olduğunu ehtimal etməyə əsas verir". 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bu gün keçirdiyi brifinqdə bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

İrandakı səfirliyimizə qarşı törədilmiş terror aktının qarşısını alan şəxslər təltif edildi - SƏRƏNCAM


XİN rəsmisi qeyd edib ki, son günlər sosial şəbəkələrdə yayılmış məlumatlarda terror hadisəsinin xronologiyası ilə əlaqədar bir sıra qeyri-dəqiq şərhlərə yol verilir:

“Buna əsas səbəb videogörüntülərin xronometraja səhv istinadların olmasıdır. Bununla əlaqədar bildiririk ki, səfirliyin küçəyə baxan kameralarında 24 dəqiqə erkən vaxt müşahidə olunur. Bu fərq də bəzi texniki amillərlə mövcuddur. Səfirliyin içində və çölündəki kameralarda zaman fərqi var. Bu zaman fərqi də 24 dəqiqəyə bərabərdir”. 

Ayxan Hacızdə səfirliyə hücum üçün terrorçunun məhz cümə gününü seçməsinə diqqət yetirib:

“İranda həmin gün istirahət günüdür. Terror aktına mane olan hər hansı halları minimuma endirmək məqsədilə özü ilə hadisə yerinə avtomat silahı, güllələrlə dolu daraq, tapança, eyni zamanda “Molotov kokteyli” və digər yandırıcı maddələr gətirməsi hadisənin əvvəlcədən planlaşdırıldığını ehtimal etməyə əsas verir”.

Xatrıladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin