Tehranda terror zamanı həlak olan Orxan Əsgərovun bibisi DANIŞDI: “Türkiyə qəlbimizi talan etdi”

Hazırda oxunan: Tehranda terror zamanı həlak olan Orxan Əsgərovun bibisi DANIŞDI: “Türkiyə qəlbimizi talan etdi”

118709

"Dövlətimizə, Prezidentimizə minnətdarıq. Dövlət səviyyəsində qardaşım Rizvanın İranda şəhid olmuş oğlu Orxanın cənazəsinin ölkəyə gətirilməsi çox yüksək səviyyədə təşkil olundu. Yas və dəfn mərasimi də ən üst səviyyəfdə keçirildi. Bu, dağ boyda oğul itirmiş ailəmizə, Orxanın valideynlərinə böyük təsəlli oldu".

Bu sözləri Bizim.Media-ya Tehrandakı səfirliyimizə terror hücumu zamanı şəhid olan Orxan Əsgərovun bibisi İlhamə Əsgərova deyib. 

Qubanın Zərdabi qəsəbəsində yaşayan İlhamə Əsgərova qeyd edib ki, ailəmizi bu itki həmişə yandıracaq, amma dərd paylaşanda azalır, Biz də xalqımızı, dövlətimizi yanımızda gördükcə təsəlli tapırıq. 

O Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçının də onların yanında olduğunu deyib:

“Cahit bəyə çox təşəkkür edirik, iki dəfə yas məclisimizə təşrif buyurdu. Biz doğurdan iki qardaş, bir dövlətik. Bu gün səhər Türkiyədə baş verən zəlzələ bizim də qəlblərimizi talan etdi, bu acıya çox üzüldük. Canımızla, qanımızla biz də Türkiyəmizin yanındayıq. Allah zəlzələ zamanı ölənlərə rəhmət, yaralılara tez şəfa versin”.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin