“Günəşli”x9d faciəsi ilə bağlı son məlumat: 11 ölü, 19 itkin - SİYAHI

Hazırda oxunan: “Günəşli”x9d faciəsi ilə bağlı son məlumat: 11 ölü, 19 itkin - SİYAHI

118666

SOCAR 4 dekabr 2015-ci il tarixində “Günəşli”x9d və “Neft Daşları”x9d yataqlarında baş vermiş qəza haqqında məlumat yayıb.

Moderator.az xəbər verir ki, məlumatda 4 dekabr 2015-ci il tarixində “Günəşli”x9d yatağında yerləşən 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza nəticəsində platformadakı 63 nəfər işçidən 29 yanvar 2016-cı il tarixə olan vəziyyətə əsasən 33 nəfər xilas olub, 11 nəfər həlak olub (Əlavə 1) və 19 nəfər (Əlavə 2) itkin düşüb.

Eyni zamanda həmin gün Neft Daşlarında baş vermiş qəza nəticəsində SOCAR-ın Nəqliyyat İdarəsinin 3 nəfər (Əlavə 3) işçisi itkin düşüb.

“Günəşli”x9d yatağından təxliyə edilmiş işçilərə lazımi tibbi yardım göstərılib, bir nəfər isə - Ələkbərov Bəxtiyar Söhrab oğlu yanıq xəsərəti ilə Əziz Əliyev adına Cərrahiyyə Klinikasının Yanıq Mərkəzində müalicə alır.

Əlavə 1

04.12.2015-ci tarixdə Günəşli yatağının 10 saylı Dərin Dəniz Özülündə (DDÖ) qəza nəticəsində həlak olmuş işçilər barəsində məlumat
S/nS.A.ATəvəllüd Işlədiyi şöbə,sex sahəIşlədiyi təşkilatAilə tərkibi
1Qasımov İman Şura o.01.12.1960EnergetikDDÖ-10“28 MAY “ NQÇİEvli, 4 uşaq
2Qasımov Mübariz Dilqəm o.21.01.1958MexanikDDÖ-10“28 MAY “ NQÇİEvli, 3 uşaq
3Quliyev Fəxrəddin Xancan o.05.01.1957OperatorDDÖ-10"28 May" NQÇİEvli, 3 uşaq
4Quliyev Əzizağa Nöhbala o.16.09.1953Elektrik montyoruDDÖ-10“28 MAY “ NQÇİEvli, 5 uşaq
5Abdullayev Adil Əliəkbər o.19.02.1953Rayon mühəndisiAbşeron Profilaktika DəstəsiFontana Qarşı Dağmədənxilasetmə Hərbiləşdirilmiş HissəEvli, 3 uşaq
6Tağıyev Fuad Tahir o.23.02.1981Xilas edən matros2 saylı sahəDalğıc və Qəza Xilasetmə İşləri İdarəsiEvli, 3 uşaq
7Babayev Mikayıl İsmayıl o.06.11.1963Qazmaya xidmət edən elektrik montyoruKompleks Qazma İşləri TrestiKompleks Qazma İşləri TrestiEvli, 2 uşaq
8Mahmudov Ağa İzzət o.24.03.1968Qazmaçı köməkçisiKompleks Qazma İşləri TrestiKompleks Qazma İşləri TrestiEvli, 2 uşaq
9Mayılov Samir Cahangir o.07.03.1984Radioelektron aparatların tənzimləyicisiKompleks Qazma İşləri TrestiKompleks Qazma İşləri TrestiEvli, 2 uşaq
10İsgəndərov Habil Tağı o.05.03.1965Polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı3 saylı Tikinti Quraşdırma BölümüNeftqaztikinti TrestiEvli, 2 uşaq
11Həsənov Ramiz Nüsrətdin o.02.08.1965Polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı3 saylı Tikinti Quraşdırma BölümüNeftqaztikinti TrestiEvli, 3 uşaq

Əlavə 2

04.12.2015-ci tarixdə Günəşli yatağının 10 saylı Dərin Dəniz Özülündə (DDÖ) qəza nəticəsində itkin düşmüş işçilər barəsində məlumat
S/nS.A.ATəvəllüdVəzifəsi/peşəsiIşlədiyi şöbə,sex sahəIşlədiyi təşkilatAilə tərkibi
1Rzaxanov Edik Rivazin o.15.01.1983NÖC üzrə çilingərDDÖ-10“28 MAY “ NQÇİEvli, 2 uşaq
2Babazadə Tural Fətəli o.01.09.1993NÖC üzrə çilingərDDÖ-10“28 MAY “ NQÇİSubay
3Rəsulov Elşad Balaoğlan o.24.03.1971OperatorDDÖ-10“28 MAY “ NQÇİEvli, 2 uşaq
4Qasımov Bayram Mirzağa o.20.03.1978Çilingərİstismar Avadanlıqları Sahəsi“28 MAY “ NQÇİEvli, 3 uşaq
5Əbdüləzizov Əbdüləziz İsmayıl o.30.01.1954Xilas edən matros2 saylı sahəDalğıc və Qəza Xilasetmə İşləri İdarəsiEvli, 3 uşaq
6Şirəliyev İzzət Qəmbər o.10.05.1973Baş aşbazDDÖ-10"Xəzər IAIŞƏ" MMCEvli, 2 uşaq
7Nəcməddinov Qəmərşah Nəcməddin o.20.09.1978AşbazDDÖ-10"Xəzər IAIŞƏ" MMCEvli, 2 uşaq
8Niyazov Seyfəddin Abil o.09.02.1968Neft və qaz üzrə qazma qurğusunun maşinistiKompleks Qazma İşləri TrestiKompleks Qazma İşləri TrestiEvli, 3 uşaq
9İsgəndərov İnqilab Osman o.29.11.1957TakelajçıKompleks Qazma İşləri TrestiKompleks Qazma İşləri TrestiEvli, 2 uşaq
10Mayboroda Oleq Akimoviç21.11.1971Qazma qurğusunun motorçusuKompleks Qazma İşləri TrestiKompleks Qazma İşləri TrestiEvli
11Əhmədov Canbaxış Əhməd o.21.02.1962Elektrik qaz qaynaqçısıKompleks Qazma İşləri TrestiKompleks Qazma İşləri TrestiEvli, 3 uşaq
12İbrahimov Xalid Bəşir o.12.08.1971Əl ilə qaynaqda elektrik qaynaqçısı3 saylı Tikinti Quraşdırma BölümüNeftqaztikinti TrestiEvli, 3 uşaq
13Həsənov Zaur Vahid o.24.12.1975Polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı3 saylı Tikinti Quraşdırma BölümüNeftqaztikinti TrestiEvli, 3 uşaq
14Cəriyev Vəli Kiçikağa o.22.04.1967Əl ilə qaynaqda elektrik qaynaqçısı3 saylı Tikinti Quraşdırma BölümüNeftqaztikinti TrestiEvli, 2 uşaq
15Hüseynov Bəhlul Sirac o.25.11.1969Polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı3 saylı Tikinti Quraşdırma BölümüNeftqaztikinti TrestiEvli, 2 uşaq
16Səmədov Xoşbəxt Xanış o.26.09.1981Polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı3 saylı Tikinti Quraşdırma BölümüNeftqaztikinti TrestiEvli, 2 uşaq
17Əliyev Əyyub Xəlil o.22.07.1973İş içraçısı3 saylı Tikinti Quraşdırma BölümüNeftqaztikinti TrestiEvli, 3 uşaq
18Xəlilov Zaur Arif o.15.09.1975Taxtabənd işçisi (Scaffolder)"CEP" MMC"SOCAR CAPE" JVEvli, 2 uşaq
19Şahmarov Sahib Güloğlan o.02.08.1973Taxtabənd işçisi (Scaffolder)"CEP" MMC"SOCAR CAPE" JVEvli, 2 uşaq

Əlavə 3

04.12.2015-ci il tarixdə "Neft Daşları"nda qəza nəticəsində itkin düşmüş işçilər barəsində məlumat
S/nS.A.ATəvəllüdüVəzifəsi/peşəsiİşlədiyi şöbə, sex sahəİşlədiyi təşkilatAilə tərkibi
1Cəfərov Bəhman Nadir o.25.06.1961Sementləyici aqreqatın motorçusu5 saylı Texnoloji Nəqliyyat DepartamentiNəqliyyat İdarəsiEvli, 2 uşaq
2Xudaverdiyev Cavad Xudaverdi o.01.07.1971Buxar səyyar deparafinləşdirmə qurğusunun maşinisti5 saylı Texnoloji Nəqliyyat DepartamentiNəqliyyat İdarəsiEvli, 3 uşaq
3Məmmədov Rövşən Nadir o.11.02.1974Sementləyici aqreqatın motorçusu5 saylı Texnoloji Nəqliyyat DepartamentiNəqliyyat İdarəsiEvli, 3 uşaq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin