Gəncədə azyaşlılara qarşı zor tətbiq edən şəxsin görüntüləri yayılıb.
Sosial şəbəkələrdə yayılan videogörüntü ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində dərhal müvafiq araşdırmalar başlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə, Baş İdarənin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində videodakı şəxsin Gəncə şəhər sakini 1982-ci il təvəllüdlü Etibar Əliyev olması müəyyən edilib.
E.Əliyev saxlanılaraq polis şöbəsinə gətirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
Bizim.Media