Sumqayıtda vəkil intihar edib.
Bizim.Media trend.az-a istinadən xəbər verir ki, vəkil Vüsal Mirzəyev Sumqayıtda yaşadığı binanın qarşısında özünü qaz borusundan asıb.
V.Mirzəyev Azərbaycan Vəkillər Kollegiyasının üzvü olub. Faktı Azərbaycan Vəkillər Kollegiyası təsdiq edib.
Xatırladaq ki, V. Mirzəyev bir müddət əvvəl yol qəzası törətməkdə təqsirləndirilərək 5 il azadlıqdan məhrum edilmişdi. Ötən il Sumqayıt Apellyasiya Məhkəməsi qərarı ləğv edərək onun barəsində bəraət hökmü çıxarıb.
Bizim.Media