Mərdəkan sakini dəm qazından zəhərlənərək ölüb.
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, yanvarın 28-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində yaşayan İlahə Nuriyeva evində dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
































































































