ADR hərəkatı yenidən Ədliyyə Nazirliyinə müraciət edib - qeydiyyat üçün

Hazırda oxunan: ADR hərəkatı yenidən Ədliyyə Nazirliyinə müraciət edib - qeydiyyat üçün

118515
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatınn dövlət qeydiyyatına alınması üçün yenidən Ədliyyə Nazirliyinə müraciət edilib.

ADR sədrinin müavini Ellada Məmmədli "Report"a bildirib ki, hərəkatın qeydiyyatla bağlı sənədləri nazirliyə təqdim olunub.

Onun sözlərinə görə, yanvarın 31-də ADR Hərəkatının Ali Məclisinin toplantısı keçiriləcək. 
Xatırladaq ki, hərəkat 2015-ci ilin fevralın 21-də təsis edilib. Təsis konfransında Müsavatdan xaric edilən başqanlığa sabiq namizəd Qubad İbadoğlu sədr seçilib. 

ADR-in dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət edilsə də, sənədlər geri qaytarılmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin