Ağamirzə Əhədova qarşı icarədar qiyamı

Hazırda oxunan: Ağamirzə Əhədova qarşı icarədar qiyamı

118497

Dünən Sumqayıtda köhnə adı ilə “kolxoz bazarı”x9d kimi tanının meyvə bazarında, icarədarlar icarə haqqını ödəməkdən imtina edib. Bu barədə Moderator.az-ı etibarlı mənbə məlumatlandırıb.

Mənbənin sözlərinə görə, “Karvan”x9d Ticarət Mərkəzi və meyvə bazarının sahibi Ağamirzə Əhədovun icarə haqlarını yığan adamı hər zamankı kimi gündəlik arenda haqlarını yığmaq üçün bazara gəlsə də,  ona bir qəpik də olsa vəsait ödənilməyib.

Bazar əməkdaşları öncə icarə qiymətlərinin aşağı salınmasını tələb ediblər və bildiriblər ki, vətəndaşların alıcılıq qabiliyyətinin  kəskin şəkildə azaldığı, alış-verişin zəiflədiyi indiki dönəmdə bu qədər yüksək icarə haqqı ödəmək iqtidarında deyillər. Onlar icarə qiymətlərinin azaldılmasını, ölkədəki mövcud böhranın nəzərə alınmasını tələb edib.

Mənbənin sözlərinə görə, bazar əməkdaşları tərəfindən əhatəyə alndığını və izdihamın getdikcə böyüdüyünü görən A.Əhədovun adamı onlardan dağılışmağı xahiş edib və kimsədən icarə haqqı almadan hadisə yerini tərk edib.

Məlumat üçün qeyd edək ki, hazırda meyvə bazarında meyvə satanlardan gündəlik 20 manat, ət alveri ilə məşğul olanlardan isə 40 manat məbləğində icarə haqqı alınır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin