DİN Kürdə meyit aşkarlanması ilə bağlı MƏLUMAT YAYDI  

Hazırda oxunan: DİN Kürdə meyit aşkarlanması ilə bağlı MƏLUMAT YAYDI  

118490

2022-ci ilin dekabr ayında hüquq-mühafizə orqanlarına Tovuz Rayon Polis Şöbəsinə rayonun Qədirli kənd sakini Eldəniz Məmmədovun Kür çayında batması barədə məlumat daxil olub. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Bizim.Media-ya bildirib ki, Rayonun Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumların iştirakı ilə həmin şəxsin tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilib. 

Nəticədə vətəndaşın meyiti bu gün tapılaraq ekspertizaya təqdim edilib.  

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin