Fevralın 3-də saat 18 radələrində Nərimanov rayonu Z.Bünyadov prospektində Bakı şəhər sakinləri G.Eynullayevanın və S.Qurbanovun idarə etdikləri “Hyundai” markalı iki avtomobil toqquşub.
Bu barədə Bizim.Media-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, nəticədə S.Qurbanov hadisə yerində ölüb, digər sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Qeyd edək ki, hadisənin baş verməsi ilə bağlı görüntülər yayılıb.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media