ADA və ADAU arasında anlaşma memorandumu imzalanıb

Hazırda oxunan: ADA və ADAU arasında anlaşma memorandumu imzalanıb

118379
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi xa0və ADA Universiteti arasında xa0Kənd Təsərrüfatı sahəsində Biznes İdarəçiliyi üzrə Beynəlxalq Magistr proqramının həyata keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.xa0

Memorandumun əsas məqsədi aqrar sahədə yüksək ixtisaslı kadrların hazırlanması və təminatı sisteminin yaxşılaşdırılması üçün nazirliyin dəstəyi ilə ADA Universitetində müvafiq ixtisasın tədrisini səmərəli şəkildə təşkil edib həyata keçirməkdir. 17 ay davam edəcək tədris proqramını müvəffəqiyyətlə bitirənlər ADA Universitetinin magistrantı dərəcəsini qazanacaqlar.xa0

ADAU-nun mətbuat xidmətinin xəbərinə görə bu istiqamətdə ADA Universiteti Azərbaycan Dövlət Aqrar Universiteti ilə zəruri əlaqələndimə və əməkdaşlığı həyata keçirir. İlk qəbul 2016-2017-ci tədris ilində nəzərdə tutulub. İxtisası seçənlər MBA tədris proqramı çərçivəsində kənd təsərrüfatı sənayesinin əsasları, iqtisadiyyatı, maliyyələşməsi, marketinqi, idarə edilməsi üzrə nəzəri fənlər və praktiki seminarlar keçəcəklər. Magistrantlar beynəlxalq təcrübədən yararlanmaq məqsədi ilə xaricə təhsil mübadiləsi səfəri də edəcəklər.
Qeyd olunan proqramla bağlı ətraflı məlumat almaq məqsədilə ADAU-nun 39 tələbəsi ADA Universitetində tədris, magistr proqramları, xa0maddi-texniki baza, tələbə həyatı ilə yaxından tanış olmaq məqsədilə Bakıya yola düşüb. İki gün davam edəcək səfər zamanı ADAU-nun tələbələri ADA universitetinin rəhbərliyi, eləcə də xa0xarici tələbələrlə görüşəcəklər.
ADA və ADAU arasında anlaşma memorandumu imzalanıb ADA və ADAU arasında anlaşma memorandumu imzalanıb ADA və ADAU arasında anlaşma memorandumu imzalanıb
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin