Bölgələrdə vətəndaşların problemlərini yerindəcə rayon rəhbərliyinə çatdırılmasına xidmət edən səyyar qəbulların səmərəsi çoxdur. Müxtəlif sosial, iqtisadi məsələlərdən narazı olan sakinlər səyyar qəbullarda birbaşa rayon İcra Hakimiyyətinin başçısına çatdırmağa nail olurlar.
Bizim.Media-nın Şimal bürosu xəbər verir ki, bu gün Qubanın Aşağı Xuc kəndində keçirilən səyyar qəbulda bir çox məsələ qaldırılıb.
Səyyar qəbula gələn Quba İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevə kənddəki məktəbin 1936-cı ildə tikildiyi və hazırda çox yararsız olduğu barədə məlumat verilib. Rayon rəhbəri 87 yaşlı təhsil ocağının yeni binasının tikilməsi üçün Elm və Təhsil Nazirliyi, eləcə də digər rəsmi qurumlar qarşısında məsələ qaldırılacağını deyib.
Sakinlər həmçinin Aşağı Xuc kəndinin əsas yolunun bərpasında da rayon rəhbərliyindən kömək istəyiblər. Bu məsələyə də rəhbərlik tərəfindən müsbət cavab verilib.
Qaldırılan digər məsələlərin həlli məqsədi ilə Quba İcra Hakimiyyətinin başçısı aidiyyatı qurum rəhbərlərinə tapşırıqlar verib.
Səyyar qəbulda DTX-nin rayon şöbəsinin rəisi, İcra Hakimiyyətinin başçısının müavini və digər rəsmi şəxslər də iştirak edib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
20:20 / 03.02.2023
Qubada 87 yaşlı məktəb binası əsaslı təmir olunacaq - FOTO
Hazırda oxunan: Qubada 87 yaşlı məktəb binası əsaslı təmir olunacaq - FOTO
Hazırda oxunan: Qubada 87 yaşlı məktəb binası əsaslı təmir olunacaq - FOTO
118336
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.