Ötən il 66 meşə yanğını olub.
Bizim.Media xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin şöbə müdiri Vahid Fərzəliyev deyib.
Onun sözlərinə görə, nəticədə 800 hektara qədər ərazi yanıb:
“Bu da havanın isti keçməsi ilə bağlıdır. Yay aylarında ilk yanğın Şabranda olub. Biz, bütün yanğın ərazilərində bərpa işlərini aparırıq. Quba, Şabran, Zaqatala ərazilərində əkin-səpin işləri aparırıq".
O, eyni zamanda qeyd edib ki, ötən il 60 min kubdan artıq oduncaq tədarükü olub:
“Bura xəstə və ya yanğına məruz qalmış ağacları nümunə kimi göstərmək olar”.
Bizim.Media