Yaşayış olmayan mənzilin sahibi kommunal xərcləri ödəməlidirmi? - İZAH 

Hazırda oxunan: Yaşayış olmayan mənzilin sahibi kommunal xərcləri ödəməlidirmi? - İZAH 

118265

Mənzildə yaşamadığım halda nə üçün kommunal xərcləri ödəməliyəm? 

Aldığı mənzildə yaşamadığı və yaxud mənzili kirayə vermədiyi halda, hər ay kommunal xərclərini ödəyənlərin bu məsələ ilə bağlı narazılığı var. Hətta bəzi hallarda şirkət əməkdaşları ilə sakinlər arasında münaqişə də yaranır.

Söhbət təbii ki, Mənzil-Tikinti Kooperativləri (MTK) tərəfindən tikilən binalardan gedir.

Ekspertlər hesab edir ki, əgər bina istismara verilibsə və binadakı sakinlərin 50%-dən çoxu yaşadıqları mənzillərə mülkiyyət hüququ əldə edibsə, artıq bu zaman MTK ləğv edilməli və mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmalıdır. Amma bir çox hallarda binanın idarə edilməsi şirkət tərəfindən həyata keçirilir və bu zaman qeyd etdiyimiz kimi, kommunal xərclərinin yığılması ilə bağlı problem yaranır.

Mövzu ilə bağlı Bizim.Media-nın sualını cavablandıran daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov bildirib ki, hər hansı binada mənzili olan mülkiyyətçi, orada yaşayıb-yaşamamağından asılı olmayaraq, kommunal xərcini ödəməlidir:

“Binada mühafizə sistemi, binanın istismar xərcləri, işıqlandırılma xərcləri və s var. Bunlar xərc tələb etdiyi üçün vəsait ödənilir. Yaşamadığı halda bir tək zibil atılması məsələsi olmur. Dediyim kimi, əgər bina istifadə olunursa, orada insanlar yaşayırsa mülkiyyətçi istənilən halda kommunalı ödəməlidir”.

Kommunal xərclərin məbləği necə hesablanır?

Nüsrət İbrahimov kommunal xərclərinin məbləği məsələsinə də toxunub. Bildirib ki, əgər binada yerləşən bütün mənzillər özəlləşdirilibsə, bina artıq idarəetməyə verilməlidir: 

“Mənzil mülkiyyətçiləri toplaşb binanın idarə edilməsi məsələsini müzakirə edir və qərar qəbul edirlər. Ya özləri idarə edirlər, ya da müqavilə bağlayıb idarəetməni hansısa təşkilata verirlər. Binanın illik xərc smetası hesabılanır və xərclər binada yerləşən mənzil mülkiyyətçiləri arasında bölünür. Ola bilər ki, il ərzində hansısa əlavə forsmajor hadisələr olsun. O da əlavə xərclər kimi ödənilir. Əgər il ərzində binanın idarə edilməsinə, deyək ki, 100 min manat tələb olunursa, mülkiyyətçilərlə razılaşdırılmaq şərti ilə onlar arasında bölünür”.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin