Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ötən gün Sabunçu rayonunda sevgilisi tərəfindən bıçaqlanan qadının son vəziyyətini açıqlayıb.
TƏBİB-dən Bizim.Media-ya bildirilib ki, 1991-ci il təvəllüdlü vətəndaş fevralın 2-də 02:30 radələrində Sabunçu Tibb Mərkəzinə yerləşdirilib:
“Ona müxtəlif nahiyələrin kəsilmiş yaraları diaqnozu qoyulub. Zəruri tibbi xidmətlər göstərilib. Hazırda tibb müəssisəsinin Travmatologiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti stabildir”.
Xatırladaq ki, fevralın 2-də saat 01:15-də Sabunçu rayonu Maştağa qəsəbəsində 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı, 2009-cü il təvəllüdlü Günay Şadatovanın kəsilmiş-deşilmiş xəsarətlər almaları ilə bağlı polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Ə.Şadatovanın qeyri-rəsmi münasibətdə olduğu 1981-ci il təvəllüdlü Zaur Babayev müəyyən olunaraq saxlanılıb. Tibbi müdaxilələrə baxmayaraq, G.Şadatova ölüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:49 / 03.02.2023
Sevgilisi tərəfindən qızı öldürülüb, özü bıçaqlanan qadının vəziyyəti AÇIQLANDI
Hazırda oxunan: Sevgilisi tərəfindən qızı öldürülüb, özü bıçaqlanan qadının vəziyyəti AÇIQLANDI
Hazırda oxunan: Sevgilisi tərəfindən qızı öldürülüb, özü bıçaqlanan qadının vəziyyəti AÇIQLANDI
118237
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.