Tanınmış ifaçı Musa Musayevlə müğənni Nazəninin prodüseri Pərviz Abbasov arasında yaranmış insidentlə bağlı məhkəmə iclası yekunlaşıb.xa0
xa0
Moderator.az Axar.az-a istinadən xəbər verir ki, məhkəmənin qərarına əsasən, Pərviz Abbasov əməkhaqqısından 15 faiz tutulmaqla 1 il müddətinə islah işi cəzasına məhkum edilib. Prodüser cəzası bitənə qədər ölkəni tərk edə bilməz. Bir il müddətinə dövlətin hesabına pul köçürtməsə, işləməsə, daha sərt cəza tətbiq olunacaq.
xa0
Xatırladaq ki, 2014-cü ilin noyabrında müğənni Arzu Mələyin ad günündə tərəflər arasında insident yaşanmışdı.

































































































