Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun bu günlərdə Neftçalada keçirdiyi qəbulda bir sıra maraqlı anlar yaşanıb.
xa0
Bu barədə qəbulda iştirak etmiş rayon sakini Elnarə Zeynalova xəbər verib.
xa0
O bildirib ki, qəbul zamanı ünvanlı sosial yardım almaq üçün nazirə müraciət edib: “Səlim Müslümova dedim ki, mən aztəminatlı ailəyəm. Ünvanlı sosial yardım almaq istəyirəm. Tabeliyimdə azyaşlı uşaq var.
Lakin müvafiq sənədləri hazırlaya bilmirəm. Bunu dedikdə cənab nazir üzünü Neftçala rayonunun əhalinin sosial müdafiəsi mərkəzinin işçilərinə tutaraq, “Bəs siz nədən ötrüsünüz? Sənədləri toplamaqda bu sakinə kömək edin”x9d ”“ deyə onlara irad bildirdi. Nazir tapşırıq verdi ki, mənim ünvanlı sosial yardım almağıma kömək etsinlər”x9d.
xa0
Rayon sakini bildirib ki, nazir qəbulda iştirak etmiş bütün sakinlərin problemlərinin həlli ilə bağlı lazımi tapşırıqlar verib. (Publika.az)
xa0

































































































