Ötən il Naxçıvanda 400-ə yaxın elektron imza sertifikatı verilib

Hazırda oxunan: Ötən il Naxçıvanda 400-ə yaxın elektron imza sertifikatı verilib

118154

Ötən il Naxçıvanda 400-ə yaxın elektron imza sertifikatı verilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin məlumatında qeyd edilib. 

Bildirilib ki, 2022-ci il ərzində 12 vətəndaş, 54 sahibkar, 64 hüquqi şəxs və 262 dövlət qurumu olmaqla, ümumilikdə 392 elektron imza sertifikatı istifadəçilərə verilib. Cari ilin yanvar ayında  isə 2 sahibkar, 6 hüquqi şəxs və 16 dövlət qurumu olmaqla, ümumilikdə 24 elektron imza sertifikatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada hazırlanaraq aidiyyəti üzrə istifadəçilərə təqdim edilib. 

Elektron məkanda imzalamanı təmin edən və bütün beynəlxalq təhlükəsizlik standartına cavab verən tam təkmil imzalama vasitəsi olan  elektron imzadan bütün vətəndaşlar, dövlət orqanları, fiziki və hüquqi şəxslər istifadə edə bilərlər. 
Vətəndaşların nəzərinə çatdırılır ki, elektron imzanı almaq üçün  qanunvericiliklə müəyyən olunmuş sənədlər Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinə təqdim olunmalıdır. 

Sertifikat əldə etmək üçün ödəniləcək dövlət rüsumu hüquqi şəxslər üçün 72 AZN, dövlət qurumları üçün 58 AZN, sahibkarlar üçün 36 AZN, vətəndaşlar üçün 18 AZN təşkil edir və istifadə müddəti isə 3 ildir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin