Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə şəhərin müxtəlif ərazilərində, o cümlədən mərkəzi hissəsində nəzarət-profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, keçirilən tədbirlər zamanı səkilərdə piyadaların hərəkətini çətinləşdirən, natəmizlik yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb.
Bildirilib ki, polis əməkdaşları həmin şəxslərlə maarifləndirici söhbətlər apararaq yalnız müəyyən edilən yerlərdə bu fəaliyyətlə məşğul olmalarının vacibliyini onların diqqətinə çatdırıblar.
Aparılan profilaktiki söhbətlərə və edilən xəbərdarlıqlara məhəl qoymayaraq qanunsuz fəaliyyətini davam etdirən şəxslər barəsində isə İnzibati Xətalar Məcəlləsinin 454-cü (Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə) maddəsi ilə protokol tərtib olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
03:30 / 03.02.2023
Zaqatalada qanunsuz küçə ticarəti ilə bağlı profilaktiki tədbirlər keçirildi - FOTO
Hazırda oxunan: Zaqatalada qanunsuz küçə ticarəti ilə bağlı profilaktiki tədbirlər keçirildi - FOTO
Hazırda oxunan: Zaqatalada qanunsuz küçə ticarəti ilə bağlı profilaktiki tədbirlər keçirildi - FOTO
118143
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.