Səttar Bəhlulzadənin mavigözlü sevgilisi kim idi? - TARİXÇƏ

Hazırda oxunan: Səttar Bəhlulzadənin mavigözlü sevgilisi kim idi? - TARİXÇƏ

118101
Sənət tarixinə adını yazan bir çox sənətkar ilhamını sevgilisindən, həyat yoldaşından alıb. Böyük rəssamların çoxunun əsərində sevgiləri ifadə olunub.xa0

Sevgilisini Tanrıya çevirən rəssam xa0xa0

XX yüzilliyin Leonardo Da Vinçisi kimi qəbul edilən ispan rəssam Salvador Dali alim, filosof kimi də tanınıb. Elə onun qədər çılğın və cəsur bir qadın olan Qalanın köməyi olmasaydı, nə qədər məşhur olacağı hələ də mübahisə mövzusudur. xa0

xa0Onlar 1929-cu ildə tanış olanda Qala evli idi. Ancaq bu cütlüyün bir-birinə aşiq olmasına əngəl törətmir. 50 il boyunca Qala rəssamın həm həyat yoldaşı, həm də ilham pərisi olur. Dalinin Qalaya olan məhəbbəti zamanla onu gözündə ideala, Tanrıya çevirir. Dalidən 10 yaş böyük olan bu xanım hər zaman özünə arxayınlığı ilə rəssamın dahiliyinin alt qatındakı küsəyənliyinin, əsəbiliyinin, sıxıntılarının, uşaqlığından gələn qorxularının, panikasının həllini tapır. Onu qorumaq yükünü öz çiyninə götürür. Qala 1982-ci ildə yuxudaca öləndə Dali bütün gücünü, dəyanətini itirir. Ölənə qədər böyük bir sədaqət hissiylə onun rəsmini çəkməyə davam edir.

xa0Ruhi dispanserdə bitən sevgi

xa0Böyük heykəltəraş Aqusto Rodinin əvvəlcə tələbəsi, sonra modeli və daha sonra sevgilisi olan Kamilla Klodel uğura onun sayəsində çatıb. Ancaq təəssüf ki, yaşadıqları coşğulu sevgi onun həyatına ruhi dispanserdə son qoyur. Onlardan xatirə olaraq bu faciəvi sevgi hekayəsinə şahidlik edən rəsm əsərləri qalır. Onlar tanış olanda Kamillanın 18, Rodinin 42 yaşı var imiş. Rodin onun büstünü yaradaraq “Sonsuz bahar”x9d adlandırır.xa0

Ardınca “Mən gözələm”x9d əsəriylə ona eşqini elan edir. Əsərdə kişi gənc qadını havaya uçurur. Alovlu məhəbbətləri sona yetib ayrılsalar da Rodin Kamillaya maddi baxımdan dəstək olmağa davam edir. 1913- cü ildə ruhi dispanserə salınan xa0Kamilla 1943-cü ilə ”“ ölümünə qədər orda qalır. Deyilənlərə görə, Rodin sevgilisindən ayrılandan sonra da onun büstünü həmişə ağlayaraq seyr edib.

Xəstəlik, ölüm, intihar...

Dindar katolik bir ailədə doğulub-böyüyən Janna Ebutern 19 yaşında atası qarşı çıxsa da rəsm akademiyasında oxumağa başlayır. Ondan 14 yaş böyük Modilyani isə həmin akademiyada müəllimlik edirmiş. Yaraşıqlı rəssamın sehrinə qapılan Janna onun modeli olur və arxasınca başqa diyara qədər gedir. Amadeo Modilyani usanmadan ancaq onun rəsmlərini çəkir. Narkotik və alkoqolizmə görə düçar olduğu xəstəlik onun ən xoşbəxt günündə ”“ Janna ilə evləndiyi gündə həyatına son qoyur. Janna 8 aylıq hamilə olsa da onun ölümünə dözməyib xəstəxanadan qaçır və tərəddüd etmədən özünü 5-ci mərtəbədən aşağı ataraq intihar edir. xa0xa0

Həyat yoldaşının hər halını çəkən rəssam xa0xa0

Heç kim onların necə tanış olduğunu bilmir. Parisdə işləyən Marte fransız rəssam Pierre Bonnardın 50 il məşuqəsi, sonra isə həyat yoldaşı, 384 əsərinin tək modeli olur. Sadə həyat tərzini sevən və vaxtının çoxunu evdə keçirən Bonnard həyat yoldaşının, demək olar ki, hər vəziyyətini rəsmlərində əks etdirib. Pişiyə süd verən Marte, bağçada istirahət edən Marte, hamamlanan Marte”¦ Əsərlərdə Martenin üzü aydın görünmür. 1942-ci ildə həyat yoldaşının ölümü ilə Bonnard tənhalığa sürüklənir və 5 il sonra o da həyatını itirir. xa0xa0

xa0“Mavigözlü”x9d sevgi xa0xa0

“Sonuncu dərviş”x9d kimi tanınan azərbaycanlı rəssam Səttar Bəhlulzadə isə heç vaxt evlənməyib, tək-tənha ömür sürüb. Amma onun da sevgi hekayəsi, sevdiyi qadın olub. Bu sevgini hər kəsdən gizli saxlasa da”¦ Sevdiyi rəssam qadınla birlikdə Moskvaya, Vasiliy İvanoviç Surikov adına Rəssamlıq İnstituna oxumağa gedən Səttar Bəhlulzadə qızı nə qədər çox sevsə də sevdiyi xanım həmişə ona dost kimi yanaşır. Bir müddətdən sonra rəssam xanım başqa biri ilə ailə həyatı qurur, ancaq çox keçmir ki, ayrılmalı olur. Səttar Bəhlulzadə isə ömrü boyu subay qalır. Sevgisi daşa dəyən rəssamın eşqi özünü çəkdiyi lirik rəsmlərində göstərir. Həmçinin yaradıcılığında dəfələrlə Məcnun orazını da canlandırır. xa0 Sevdiyi qadına qovuşa bilməsə də, deyilənə görə, onları birləşdirən iki cəhətdən biri hər ikisinin rəssam olması idisə, digər cəhət hər ikisinin mavigözlü olması olub. Səttar Bəhlulzadənin hamıdan gizlədiyi məhəbbəti isə Xalq rəssamı, qrafikaçı Maral Rəhmanzadə imiş”¦ xa0 (Teleqraf.comxa0)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin