Ölkəni bürüyən QADIN MOLLALAR – Onlar hansı şərtlərlə fəaliyyət göstərir?

Hazırda oxunan: Ölkəni bürüyən QADIN MOLLALAR – Onlar hansı şərtlərlə fəaliyyət göstərir?

118087

Qadın mollalarının sayı günbəgün artır. Heç bir dini təhsili olmayan bəzi qadınlar asan qazanc yolu kimi yas və digər dini mərasimlərdə “molla”lıq edirlər. İnsanları cəhalətə sürükləyən bu “molla”ların hədəfi insanların dini bilgilərini artırmaq yox, sırf kommersiya maraqlarıdır.

Onlar ordan-burdan eşidib, əzbərlədikləri nağıllarla mərasimlərdə insanlara islam “dərsi” keçirlər.

Əldə etdiyimiz məlumata görə bu cür qadın “molla”ları bəzi hallarda rayonlardakı axundlar himayə edir. Təbii ki, maddi maraq qarşılığında.

Qadın mollalığı sanki bir iş yeridir, özündə hər hansı ruhanilik daşımır. Və bu cür halların artması, cəmiyyətin zərif hissəsinə təsir etməkdə, xurafatı yaymaqla daha çox təhlükə yaradır. Çünki beynləri yanlış yönləndirilmiş qadınlar həm də tərbiyə verən analardılar. Bunu son bir neçə ildə daha aydın şəkildə hiss edirik.  
Bəs, belə neqativ hallara qarşı Dini Qurumlarla İş üzrə DK hansı tədbirlər görür?

Qurumun sözçüsü Yaqut Əliyeva sorğumuza ən qısa zamanda cavab verəcəklərini bildirdi. Məsələyə ilahiyyatçı Elşad Mirinin münasibətini öyrəndik. Bizim.Media-ya açıqlamasında o bildirdi ki, məclislərdə nə qədər kişi mollası varsa, bir o qədər də qadın mollası var:

“Qadın mollaları da bir neçə yerə bölünür. Qadınlardan biri rozəxanlıq edir, məclis əhlini ağladır. Biri də var məclisdə “Quran” oxuyur. salavat çevirir. Bu mollalar bütün bölgələrdə mövcuddur. Təsadüfi deyil ki, onların heç birinin dini bilikləri yoxdur.

Hardansa eşitdiklrəini gəlib məclisdə danışırlar. Əslində bunlar xurafatdır. Bunun islam dininə heç bir aidiyyatı yoxdur. İslamda kişi və yaxud qadın din xadimi adlı anlayış yoxdur. Bu sadəcə xiristianlıqdan gəlmə bir şeydir. Yəni rahib və rahibə”.
İlahiyyatçı onu da qeyd etdi ki, islamda yas məclisi anlayışı yoxdur:

“Bunlar anlayış deyil, bir ənənədir. Sonradan islamlaşdırılmış bir məsələdir. Məhz bu səbəblər üzündən dini ierarxiya formalaşıb. Nəticədə də Qafqaz Müsəlmanları İdarəsi kimi lazımsız qurumlar yaradılıb”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin