Azərbaycanda yeni kartof və pomidor sortları yaradıldı

Hazırda oxunan: Azərbaycanda yeni kartof və pomidor sortları yaradıldı

118064

Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu yeni kartof və pomidor sortları yaradıb.

Bizim.Media xəbər verir ki, bunu “Report”a açıqlamasında İnstitutun İdarə Heyətinin sədri Elmar Allahverdiyev bildirib.

Onun sözlərinə görə, bütün tərəvəz sortlarının yenilənməsinə ehtiyac var, hazırda açıq sahə və istixana şəraitində yeni sortların yaradılması istiqamətində iş aparılır:

“Əsasən pomidor və xiyar sortlarının yaradılması üzrə iş gedir. Həmçinin yeni növlər brokoli, gül kələmi, kələmin digər növlərinə və kartof üzrə də yaradılır. Kartofçuluqla bağlı 2022-ci ildə 4 yeni sorta artıq rəsmi olaraq patent verilib".
E. Allahverdiyev qeyd edib ki, 2023-cü ildə daha üç kartof sortuna patent veriləcək, 2024-cü ildə isə ikisinə:

"Ötən ildə qeydiyyata alınan sortlar yüksək keyfiyyətlidir. Yeni sortların 27-28 ton məhsuldarlıq verdiyi halda, adi sortlar 7-8 ton, maksimum 9 ton verir. Bu sortların toxumları güzəştli şərtlərlə fermerlərə satılacaq və artıq müxtəlif regionlarda onların təqdimatı keçirilib”.

O qeyd edib ki, dəmyə şəraitində əkilən kartof sortunun məhsuldarlığı 2 dəfə çox olur, suvarılan şəraitdə isə 50 tondan çox məhsul verə bilir:

“Bu da alternativ xarici sortlarla eynilik təşkil edir. Bu sortlar növbəti illərdə alıcıların mətbəxinə daxil olacaq. Bu kartof sortları əmtəəlik görünüşünə görə də fərqli, xəstəliyə və quraqlığa davamlı sortlardır”.
E.Allahverdiyev deyib ki, istitutun seleksiyaçı alimlərinin yaratdığı, istixana şəraitində yetişdirmək üçün nəzərdə tutulan 10 yeni pomidor növü də dövlət qeydiyyatına alınması üçün aidiyyəti üzrə təqdim edilib:

“Onların arasında “cherry”, "bif", "salxım", "kokteyl", "çəhrayı" tipli pomidor növləri var".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin