Lökbatanda 42 yaşlı kişini qatar öldürdü – Rəsmi açıqlama

Hazırda oxunan: Lökbatanda 42 yaşlı kişini qatar öldürdü – Rəsmi açıqlama

118049

Fevralın 1-i saat 19 radələrində Abşeron-Puta dəmiryol xəttinin Lökbatan keçidinə yaxın ərazisində 1981-ci il təvəllüdlü Zaur Cavadovun meyitinin aşkar olunması barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Qaradağ rayon prokurorluğu yayıb.

Zaur Cavadovun qeyd edilən ərazidə hərəkətdə olan qatar tərəfindən vurulması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin