Gəncədə mebel sexindəki yanğınla bağlı cinayət işi BAŞLANDI 

Hazırda oxunan: Gəncədə mebel sexindəki yanğınla bağlı cinayət işi BAŞLANDI 

118024

Xəbər verdiyimiz kimi, bu gecə Göygöl rayonu ərazisində yerləşən "Arzu" mebel mağazasında güclü yanğın baş verib.

Bizim.Media xəbər verir ki, araşdırmalar zamanı mağazanın qəsdən yandırılması müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, faktla əlaqədar olaraq Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb.

Yanğını törətməkdə şübhəli bilinən şəxsin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, ötən gün baş verən yanğın nəticəsində vətəndaşa məxsus mağaza 2000m² sahədə yanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin