Şamaxıda 5 kəndlə əlaqə kəsilib...

Hazırda oxunan: Şamaxıda 5 kəndlə əlaqə kəsilib...

118005
Şamaxı rayonunun beş kəndi ilə əlaqə kəsilib. Güclü qar səbəbi ilə rayon ərazisindəki yollar bağlanıb və ucqar dağ kəndləri ilə əlaqə kəsilib.xa0

Rayonun Qaleybuğurt, Sis, Qaladərəsi, Pirbəhli və Zarat kəndlərinə gediş-gəliş yoxdur.xa0

Şamaxı rayon 9 saylı Yol İstismarı İdarəsindən bildirilib ki, hazırda idarənin balansında olan 10-a yaxın ağır texnika və canlı qüvvə Bakı- Şamaxı-Yevlax magistral yolunun Şamaxı rayonu ərazisndən keçən hissəsini qardan təmizlədiyi üçün kənd yollarının qardan təmizlənməsi işlərinə və yolların açılmasına günün ikinci yarısı başlanılacaq. (report)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin