Gəncədə anbar kimi istifadə edilən keçmiş hərbi hissələrdən birinin ərazisində yanğın hadisəsi qeydə alınıb.
FHN-nin Gəncə Yanğından Mühafizə İdarəsinin 102 xəttindən Bizim.Media-nın yerli bürosuna verilən məlumatına görə, yanğın Gəncə şəhəri Sevinc qəsəbəsində yerləşən, vaxtilə N saylı hərbi hissənin tərkib hissəsi olub, hazırda isə anbar kimi istifadə olunan obyektdə yanacaq daşıyan maşında başlayıb.
Qeyd edilib ki, hadisə yerinə yanğınsöndürənlər cəlb olunub və yanğın lokallaşdırılıb. Yanğının miqyasının geniş olmadığı bildirilir.
İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
19:53 / 01.02.2023
Gəncədə anbar kimi fəaliyyət göstərən ərazidə maşın yandı
Hazırda oxunan: Gəncədə anbar kimi fəaliyyət göstərən ərazidə maşın yandı
Hazırda oxunan: Gəncədə anbar kimi fəaliyyət göstərən ərazidə maşın yandı
117923
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.