Türk xalqları ilə bağlı 3 dərslik məktəb proqramlarına daxil edilir

Hazırda oxunan: Türk xalqları ilə bağlı 3 dərslik məktəb proqramlarına daxil edilir

117895

“Ortaq türk tarixi”, “Ortaq türk ədəbiyyatı” və “Türk dünyası coğrafiyası” dərsliklərinin orta ümumtəhsil proqramlarına daxil edilməsi təklif olunur.

Bizim.Media xəbər verir ki, təklif Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayevin Qazaxıstan Respublikasının təhsil naziri Qani Beysembayev ilə görüşü zamanı irəli sürülüb.

Belə ki, görüşdə akademik Ş.Mustafayev Beynəlxalq Türk Akademiyasının Elmi Komitəsinin ötən il Astanada keçirilən 5-ci iclasında qəbul edilən “Ortaq türk tarixi”, “Ortaq türk ədəbiyyatı” və “Türk dünyası coğrafiyası” dərsliklərinin orta ümumtəhsil proqramlarına daxil edilməsi təklifi ilə çıxış edib.

Tərəflər Türk Dünyasında orta ümumtəhsil sistemində əməkdaşlıq məsələlərini müzakirə edib.

Nazir Q.Beysembayev təhsil sistemindəki prioritetlərə diqqət çəkərək, gənc nəslin ortaq türk tarixini öyrənməsinin, türk dövlətləri arasında qardaşlıq həmrəyliyi ruhunda yetişdirilməsinin vacibliyini vurğulayıb.
Q.Beysembayev bu kontekstdə Akademiyanın bu istiqamətdə səylərini müsbət qiymətləndirməklə gələcək təşəbbüsləri dəstəkləyəcəklərini bildirib.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin