Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı işçilər heç bir xərc çəkməyəcək.
Bizim.Media xəbər verir ki, bu Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edilib ki, Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 1981-ci il tarixli 155 nömrəli Konvensiyasının 21-ci maddəsinə əsasən, əməyin təhlükəsizliyi və gigiyenası üzrə tədbirlər işçilər üçün hər hansı bir xərci özündə ehtiva etmir.
Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı mümkün xərclərin çəkilməsindən işçilərin qorunması sahəsində sözügedən Konvensiyanın 21-ci maddəsinin bütövlüklə tətbiqi milli qanunvericiliklə tam təmin edilmədiyindən Əmək Məcəlləsində dəyişiklik edilməsi zərurəti yaranıb.
Qanun layihəsini parlamentə təqdim edən Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, konvensiya ratifikasiya edildikdən sonra milli qanunvericiliyimiz müvafiq konvensiyaya uyğun olaraq təkmilləşdiriləcək.
Layihə I oxunuşda qəbul olunub.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:02 / 01.02.2023
İşçilər əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsinə xərc çəkməyəcək
Hazırda oxunan: İşçilər əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsinə xərc çəkməyəcək
Hazırda oxunan: İşçilər əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsinə xərc çəkməyəcək
117830
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.