“Altun kitab”x9d nəşriyyatı məktəbli oxucularda kitaba sevgini artırmaq və mütaliə vərdişlərini formalaşdırmaq üçün “Altun piramida”x9d oxucu müsabiqəsinə start verib.
Moderator.az nəşriyyata istinaədn xəvbər verir ki, müsabiqənin nətcələri hər iki aydan bir elan olunacaq və qalib gələn ilk on oxucuya hədiyyələr veriləcək.
Şərtlərə əsasən bir neçə radunddan ibarət olan müsabiqə əvvəlcədən seçilən 10 kitab əsasında hazırlanan suallardan təşkil olunur. Hər raunda uyğun seçilən kitablar əvvəlcədən oxuculara bildirilir. Daha sonra isə həmin kitablardan çıxarılan suallar iştirakçılara təqdim olunur. Hər iki aydan bir nəticələri elan ediləcək müsabiqədə birinci yerin sahibinə planşet, ikinci yerin sahibinə nəşriyyatın 20, üçüncü yerin sahibinə isə 10 kitabı hədiyyə ediləcək. Qalan yeddi iştirakçı isə kitabla təmin olunmaqdan əlavə növbəti mərhələyə qatılmaq imkanı əldə edəcəklər.
Elmin NURİ



































































































