Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) tələbəsi küçədə gecələməyə məcbur olub.
Bu barədə Rasim Axısxalı adlı şəhər sakini sosial şəbəkədə məlumat yayıb və foto paylaşıb.
O bildirib ki, dünən axşam işdən evə gedərkən yolun kənarında yatan bir nəfərə rast gəlib: “Bomj" olduğunu düşündüm, amma yaxınlaşanda ürək parçalayan bir mənzərə ilə qarşılaşdım. Yolun kənarında yatan AZMİU- nun ikinci kurs tələbəsi olan bu gənc kirayə pulunu verə bilmədiyindən ev sahibi onu küçəyə atıb.
Onu evimə gətirdim və hal-hazırda səhhəti ilə bağlı heç bir problemi yoxdur. Əlimizdən gəldiyi qədər ehtiyacı olan insanlara köməyimizi əsirgəməyək”x9d.(Publika.az)



































































































