“Son 2 gündə sosial şəbəkə vasitəsi ilə ünvanlanan çoxsaylı suallara cavab olaraq bildirmək istərdik ki, pensiyaların indeksləşdirilərək artırılmasının fevralın ikinci həftəsinə təsadüf edəcəyi gözlənilir”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov açıqlamasında bildirib.
Onun sözlərinə görə, pensiyalar əvvəlki ildə orta aylıq əmək haqqındakı artıma indeksasiya olunur və bu göstərici fevral ayının ilk yarısında elan edilir:
“Qeyd edək ki, ötən ilin ilk 11 ayında Azərbaycanda orta aylıq əmək haqqı 14,6 faiz artıb. Bununla bağlı Dövlət Statistika Komitəsi məlumat yayıb. Əmək haqqıdakı artım faizi əmək pensiyalarının indeksasiyasında istifadə edilən əsas meyardır.
Gözlənilir ki, təxminən fevralın 12-dək Dövlət Statistika Komitəsi rəsmi artım rəqəmini elan edək və daha sonra indeksləşdirmə ilə bağlı sərəncam imzalanacaq. O baxımdan, indeksləşdirmənin yanvarda baş tutmaması heç də pensiyaların artırılmayacağı anlamına gəlməməlidir”.
Deputatın sözlərinə görə, sərəncamın fevral ayında imzalanmasına baxmayaraq pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək.
“2022-ci ilin 11 aylıq yekunları təsdiq edir ki, pensiya məbləğlərində yeni artımlar 15.0 faizə yaxın olacaq. Pensiyaçılara bu ay yanvar üçün hesablanmış artım da ödəniləcək. Mart ayından etibarən isə artırılmış standart aylıq pensiya məbləğini alacaqlar”, - deyə V.Bayramov qeyd edib.
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:05 / 01.02.2023
ŞAD XƏBƏR: Artan pensiyalarınızı BU TARİXDƏN ala biləcəksiniz
Hazırda oxunan: ŞAD XƏBƏR: Artan pensiyalarınızı BU TARİXDƏN ala biləcəksiniz
Hazırda oxunan: ŞAD XƏBƏR: Artan pensiyalarınızı BU TARİXDƏN ala biləcəksiniz
117786
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.