Cəlilabadda gənc tibb bacısı qəfil dünyasını dəyişib

Hazırda oxunan: Cəlilabadda gənc tibb bacısı qəfil dünyasını dəyişib

117771

Cəlilabadda gənc qadın naməlum səbəbdən ölüb.

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, rayonun Alar kənd sakini, 27 yaşlı Ağayeva Nazənin İlqar qızının yaşadığı evində vəziyyəti qəfil pisləşib. Daha sonra o, rayon xəstəxanasına aparılsa da, onun artıq vəfat etdiyi məlum olub.

Mərhum Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə blokunda tibb bacısı kimi çalışırmış. 

Qadının ölümü ilə bağlı rayon xəstəxanasından bildirildi ki, məhrum yeni yayılan qrip xəstəliyinə tutulubmuş. Lakin onun dəqiq ölüm səbəbləri hələlik məlum deyil. 

Faktla bağlı araşdırma aparılır.

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin