Azərbaycanda zinət əşyalarının alqı-satqısında YENİ QAYDA 

Hazırda oxunan: Azərbaycanda zinət əşyalarının alqı-satqısında YENİ QAYDA 

117700

Qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısının yalnız nağdsız qaydada həyata keçiriləcək həddi müəyyənləşib. 

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə sərəncam imzaladığı “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklikdə əksini tapan yeni - 3.4.15-ci maddədə qeyd edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Terrorçuluq və silah yayılmasının maliyyələşdirilməsinə qarşı SANKSİYA QAYDALARI təsdiqləndi


Qanuna əsasən, qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği 15 min manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək. 

Bu Qanun 2023-cü il fevralın 1-dən qüvvəyə minir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin