17 ildir qəbul edilə bilməyən Rəqabət Məcəlləsinə YAŞIL İŞIQ – “Layihə artıq razılaşdırılıb”

Hazırda oxunan: 17 ildir qəbul edilə bilməyən Rəqabət Məcəlləsinə YAŞIL İŞIQ – “Layihə artıq razılaşdırılıb”

117668

Uzun illərdir haqqında geniş müzakirələr getsə də, Rəqabət Məcəlləsinin qəbulu hələ də ləngiyir. Hələ 17 il əvvəl, 2006-cı ildə Rəqabət Məcəlləsi ilə bağlı qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb. Layihə ilk iki oxunuşdan keçsə də, 3-cü oxunuşda plenar iclasda müzakirəyə çıxarılmayıb. Sonrakı illərdə Məcəllənin qəbulu dəfələrlə yenidən gündəmə gəlib.

Lakin Rəqabət Məcəlləsi hələ də parlamentin müzakirəsinə çıxarılmayıb.

Son olaraq, bir neçə gün öncə Rəqabət Məcəlləsinin qəbulunun parlamentin 2023-cü ilin yaz sessiyasının qanunvericilik planına daxil edildiyi açıqlanıb.
Qeyd edilib ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Rəqabət Məcəlləsinin layihəsi hazırlanacaq.

Həmin komitənin üzvü Vüqar Bayramov mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşüb. 

Deputat qeyd edib ki, Rəqabət Məcəlləsinin qəbul edilməsi vacib məsələdir:

“Artıq Məcəllənin müzakirəyə çıxarılması və qəbul edilməsi parlamentin yaz sessiyasının planına daxil edilib. Bu o deməkdir ki, Rəqabət Məcəlləsinin sessiya ərzində müzakirə ediləcəyi gözlənilir. Artıq rəsmi məlumatlardan da görünür ki, Məcəllənin layihəsi razılaşdırılıb və Milli Məclisə təqdim olunacaq. Parlamentin üzvü olaraq, mən Rəqabət Məcəlləsinin qısa müddətdə müzakirəyə çıxarılıb, qəbul edilməsinin tərəfdarıyam. 

Təbii ki, layihə Milli Məclisə təqdim olunduqdan sonra Məcəllənin təkmilləşdirilməsi ilə bağlı fikirlərimizi ifadə edəcəyik. Bütün hallarda Rəqabət Məcəlləsinin qəbulu vacibdir.

Bu məsələnin parlamentin planına daxil edilməsi də onu göstərir ki, 2023-cü il ərzində Rəqabət Məcəlləsinin qəbulu imkanları kifayət qədər genişdir. Lakin yaz sessiyası dövründə layihənin müzakirəyə çıxarılıb qəbul edilməsi daha məqsədəuyğun olardı”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin