Ali məktəblərdə imtahan sessiyaları nə vaxtdan ləğv edilə bilər? – Ekspertdən MARAQLI AÇIQLAMA

Hazırda oxunan: Ali məktəblərdə imtahan sessiyaları nə vaxtdan ləğv edilə bilər? – Ekspertdən MARAQLI AÇIQLAMA

117666

İnsan həyatının ən maraqlı, qayğısız keçən zamanları tələbəlik illəri hesab edilir. Amma o ki, vaxt çatır semestr imtahanlarına bütün qayğılar narahatlıqlara, həyəcana çevrilir. Tələbələrin “qorxulu yuxu”su olan bu imtahanlar demək olar ki, hər il eyni vaxtlarda əksər universitetlərdə baş tutur.

Lakin bir müddət əvvəl bu tendensiyanın ortadan qalxması üçün Azərbaycan Dövlət İqtisad Universiteti imtahanların ləğv ediləcəyi haqda məlumat yaydı.

Bizim.Media universitetdən verilən rəsmi məlumata istinadən bildirir ki, imtahan sessiyaları mərhələli şəkildə ləğv ediləcək:

“Hədəflərimizdən biri də UNEC-də imtahan sessiyalarını mərhələli şəkildə ləğv etməkdir. Bu təcrübə xaricdə var. Həmin təcrübənin bizim universitetlərdə tətbiqi barədə də düşünmək olar. Belə olan halda hər ay tələbəyə konkret bir layihə veriləcək və o layihə əsasında tələbənin biliyi qiymətləndiriləcək. Bu zaman imtahana ehtiyac qalmayacaq”, - deyə məlumatda qeyd edilib.

Bəs bu yenilik tələbələrə nə vəd edəcək?

Təhsil eksperti Elçin Əfəndi Bizim.Media-ya mövzu ilə bağlı açıqlama verib. O, imtahan sessiyasının ləğv edilərək yeni formata keçirilməsini yüksək qiymətləndirib:

“Mən bu fikri alqışlayıram. Çünki tələbələr semestr boyu həmin dərsləri öyrənirlər, məlumatlı olurlar. Müəyyən layihəni verib, bu istiqamətdə biliyin qiymətləndirilməsinin aparılması daha doğru olar.

Bu həmçinin tələbələrin imtahanlara daha çox vaxt sərf etməsinin qarşısını alar. Təbii ki, layihədə də veriləcək istiqamət müəyyənləşdirilməlidir.
Bunun bütün universitetlərdə tətbiqinə gəldikdə isə nə qədər effektiv olub-olmamasını UNEC həyata keçirdikdən sonra deyə bilərik. Pilot layihə uğurlu alınarsa, təbii ki, bu qaydanın digər universitetlərdə edilməsində fayda olar. Layihələrin işlənməsi həmçinin tələbələrdə yeni həvəs yarada, müvafiq ixtisası üzrə araşdırma etmələrinə imkan yaradacaq”,- deyə E.Əfəndi qeyd edib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin