ATV kanalının ən baxımlı kanal olması danılmaz bir faktdır. Son illərdə ATV kanalında baş verən köklü dəyişikliklər aşkar şəkildə hiss olunmaqdadır. Tanınmış televiziya mütəxəssisi, alim Vüqar Qaradağlının 2012-ci ATV kanalına rəhbər təyin olunması ilə kanal başqa bir fərqli tərzdə öz veriliş və layihələri ilə tamaşaçıların görüşünə gəldi. Xəbərlərin dolğunluğu, əhatə dairəsinin genişliyi, ölkədə və dünyada baş verən hadisələrin analitik və qərəzsiz tamaşaçıya çatdırılması tamaşaçının xəbərə olan qıtlığını doldurmaqda əvəzsiz xidmətləri olan kanalın son xa04 ildə uğurları təqdirəlayiqdir. Onu da qeyd etmək istərdik ki, qeyri-peşəkarlar və peşəkarlıqdan uzaq insanların efirdə olmaması kanalın tutduğu obyektiv mövqedən xəbər verir.xa0
Azərbaycan ədəbi dilinin efirdə qorunması, bu sahədə kanalda aparılan işlər öz nəticəsini verir. Peşəkar teleaparıcılar Zaur Baxşəliyev, Orxan Fikrətoğlu, İradə İsaq, Lalə Azərtaş, Vaqif Aydınoğlu, Samirə Mustafayev, Turan İbrahimov, Mətanət Əliverdiyeva, Azər Axşam, Yusif Ağayev, hər iki Ceyhun öz professionallıqları ilə tamaşaçı kütləsinin rəğbətini qazana biliblər. Xəbər aparıcıları başqa bir formatda tamaşaçıya informasiyaları təqdim etməklə öz peşəkarlıqlarını sərgiləyirlər. Teleməkanda hazırda "Nanəli"verilişi ilə musiqi ictimaiyyətinin və tamaşıçıların rəğbətini qazanmış telejurnalist Nanə Ağamaliyevanın fəaliyyəti hamını sevindirir. Eləcə də peşəkar teleaparıcı Yusif Ağayevin bilik dairəsi, hazırcavablığı qanedicidir. xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0xa0
Müğənnilərdən xalq artisti Nisə Qasımovanın, əməkdar artist Zöhrə Abdullayevanın, Vüsalə Rəcəvonun aparıcılığı ilə ekranda nümayiş olunan proqramlar da tamaşaçı auditoriyası toplaya bilib. xa0xa0
Obyektiv kanalda düz sözə qiymətin verilməsi, mənfi və müsbət cəhətləri çəkinmədən düz üzə deməkdə gücün varlığı obyektivliyin təsdiqini sübut edir. Zaur Baxşəliyevin sosial yönümlü verilişin aparıcısı kimi özünü təsdiq etməsi kanalın aparıcıya olan etimadının nəticəsidir. Kanalda aparılan köklü islahatlar aparıcıların digər formatda və simada tamaşaçı auditoriyasına təqdim edilməsində öz bəhrələrini verir. Danılmaz bir faktdır ki, son illərdə xa0ATV rəhbərliyinin imza atdığı yeni layihələr və eksperimentlər digər telekanallarda da təkrarlanır. Ancaq mayasında ATV-nin layihəsi dayandığından çox təəssüflər ki, həmin layihələr bəzən yerindəcə yırğalanır. Parlaq layihələrin olması üçün düşünmək lazımdır. Nəinki hər hansısa bir telekanalın ideya məhsulu olan verilişləri təkrarlamaq...xa0
Son illərdə dövlət və dövlətçiliyimizin təbliği, milli-mənəvi dəyərlərimizin aşılanması, nadir sənət incilərimizin tamaşaçılara çatdırılaraq apardıqları maarifləndirmə işi təqdirəlayiqdir. Qeyd etmək yerinə düşərdi ki, kanalda problem olaraq qaldırılan məsələlər çox qısa zaman kəsiyində öz efir nəticəsini verir. İşinə məsuliyyətlə yanaşan məmurların qüsurları obyektiv şəkildə, çəkinmədən efirə verilir. Məhz bu addımlar xalqın kanala olan inamını və etibarını daha da artırır. Sanki insanlar problemləri ilə bağlı ATV kanalını ümid yeri bilib bura üz tuturlar. Məmurlar tərəfindən incidilən, haqqı tapdanan insanların, iş adamlarının, sadə kütlənin müraciətlərinə yerindəcə baxılır. Bəzi telekanallardan fərqli olaraq ATV kanalında sənəti olmayan, lentə aldıqları mahnılar “xaric”x9d notlara söykənən müğənnilərin efirdə görünməməsi və bu sahədə aparılan mübarizə kanalın musiqi seçiminin dəyərindən xəbər verir. Bəzi kanallarda efirə gedən kliplərə baxanda insan utanır. Bu sadəcə olaraq maddiyyata söykəndiyindən çox gülünc görünür. ATV-də məhz tanınmış telejurnalist Etibar Babeyevin rəhbərlik etdiyi "Bədii Şura"nın olması, onun verilişlərə və efirə nəzarəti neqativ hallarla mübarizədə öz sözünü deyir. Rəhbərliyin peşəkarlığı xa0kanalın tərəqqi və inkişafına böyük töhfələr verir. Kanalın rəhbərliyi tələbkarlığı, peşəkarlığı, yüksək idarəetmə qabiliyyəti, mədəniyyəti, nizam-intizamı kanalda çalışan işçilərə də bir örnək olduğundan kanal daha böyük uğurlara imza atır. ATV kanalında sıçrayışlar daha qabarıq hiss olunur. Kanaldakı yaranan müsbət ab-hava olduqca qənaətbəxşdir. Ən baxımlı kanal olmaqla bərabər ATV ziyalıların seçimində və dəstəyində olan bir kanal səviyyəsinə ucalır. Təbii ki, bu ATV kanalı nrəhbərliyinin və kollektivin zəhmətinin nəticəsidir. İnanırıq ki, qarşıda ATV kanalı daha maraqlı layihələri ilə tamaşaçıların görüşünə gələcək və istedadlı gənclərin dünya arenasına çıxmalarında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, mədəni irsimizin təbliğində öz xeyirxah missiyasını davam etdirəcək. Və heç zaman ATV kanalı haqqı nahaqqa qurban verməyəcək. xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0xa0
Vüqar Əhməd - filologiya elmləri doktoru, professor



































































































