“Azercell Telekom” və "Araz Supermarket" külli miqdarda cərimələndi – 6,47 milyon

Hazırda oxunan: “Azercell Telekom” və "Araz Supermarket" külli miqdarda cərimələndi – 6,47 milyon

117597

Azərbaycanda antiinhisar qanunvericiliyi və haqsız rəqabət sahəsində nəzarət tədbirləri çərçivəsində "Azercell Telekom" MMC-yə qarşı 1,6 milyon manat məbləğində maliyyə sanksiyası tətbiq olunub və pozulma hallarının aradan qaldırılmasına göstəriş verilib.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

"Bundan başqa, "Araz Supermarket" MMC-yə haqsız rəqabət hallarına, yəni qanunsuz (qeyri-dəqiq) reklama yol verməmək göstərişi verilib və şirkətə qarşı 2,5 milyon manat məbləğində maliyyə sanksiyası tətbiq olunub", - o deyib.
M. Abbasbəyli bütünlükdə 6,47 milyon manatdan artıq məbləğdə maliyyə sanksiyalarının tətbiq olunduğunu vurğulayıb.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanda antiinhisar məsələləri və haqsız rəqabət halları üzrə qaldırılan işləri sayı 2021-ci illə müqayisədə üç dəfə, bağlanmış işlərin sayı isə 2,2 dəfə artıb. 2022-ci ildə 48 iş araşdırılaraq bağlandığı halda, 2021-ci ildə bu cür işlərin sayı 22, 2020-ci ildə isə 6 olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin