“Açıq havada tibbi maskadan istifadə etməməklə bağlı fikir TƏBİB-in rəsmi mövqeyi deyil, qurum təmsilçisinin şəxsi fikridir.”
Bizim.Media xəbər verir ki, bunu DİN-in Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev ARB-nin efirində deyib.
MÖVZU İLƏ BAĞLI:
TƏBİB öz-özünü təkzib etdi: Maska qaydası qüvvədədir
Onun sözlərinə görə, tibbi maskalardan istifadə Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən olunub:
“Açıq və qapalı məkanlarda, bir və ya iki şəxsin hərəkət etdiyi ictimai yerlərdə tibbi maska taxmaq məcburidir”.
Bizim.Media