İndi qətiyyətlə demək olar ki, gəncəlilər müayinə və müalicə üçün digər yerlərə getmirlər. Şəhərdə fəaliyyət göstərən 35 tibb müəssisəsinin sırasına daha birisi ”“ "Gəncə Beynəlxalq Xəstəxanası" qoşuldu. Bu xəstəxananın xidmətə başlaması ilə irəliyə doğru yeni bir addım atılmış oldu. Məqsəd yüksək ixtisaslı mütəxəssislər tərəfindən ən qabaqcıl texnologiyaların tətbiq edilməsi ilə vətəndaşlara səviyyəli xidmət göstərməkdir.
Xəstəxanada Türkiyədən dəvət olunmuş yüksək ixtisaslı professor,həkim heyəti çalışır. Əlavə olaraq Avropa və Amerikadan gətirilmiş ən müasir avadanlıqlar xəstəliyin dəqiq müayinəsi və müalicəsində istifadə olunur. Bu gün Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev,Gəncə şəhərindən seçilmiş deputatlar, tibb işçiləri, ictimaiyyətin nümayəndələri xəstəxana ilə tanış olublar. O da qeyd olunub ki, bu qəbildən olan tibb ocaqlarının fəaliyyəti insanların sağlamlığı üçün böyük imkanlar yaradır.
Xəstəxananın icraçı direktoru Saleh Mercan tibb müəssisəsi haqqında məlumat verərək bildirdi ki,potensialı 120 yataqdan ibarət olan tibb müəssisəsində hazırda xəstələrin rahatlığı və daha peşəkarcasına tibbi xidmət görmələri üçün 63 yataqdan ibarət 26 tək yataqlı palata, 9 özəl palata, 2 VİP palata, o cümlədən reanimasiya-intensiv terapiya, əməliyyat sonrası müşahidə, neonatologiya və s.fəaliyyət göstərir.
Xəstəxanada ənənəvi tibb xidmətləri ilə yanaşı, ürək-damar cərrahiyyəsi, invaziv kardiologiya,intervensional radiologiya, sümük iliyi transplantasiyası, plastik cərrahiyyə kimi yüksək texnologiyaların tətbiq olunduğu xidmətlər də göstərilir. Eynizamanda xəstəxana tam olaraqelektron sistem və “ağıllı bina”x9d (“smart building”x9d) prinsipi üzərindəqurulmuşdur.
İnanırıq ki, «Gəncə BeynəlxalqXəstəxanası»nın açılışı bölgədə əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyətini daha da yaxşılaşdırılması istiqamətində önəmli bir addım olacaqdır. İlk mərhələdə 200-250 tibbvə qeyri-tibb personalının çalışdığı xəstəxana davamlı iş yerlərinin açılması istiqamətində də öz missiyasını yerinə yetirir.Xəstəxananın geniş poliklinika vəstasionar xidmətlər potensialı hərgün 300-400 xəstəyə xidmət göstərmək imkanındadır.

































































































