Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524-cü məhəlləsində binaların önündəki ağaclar hissə-hissə məhv edilir.
Bizim.Media xəbər verir ki, bunu ərazidə yaşayan sakinlər deyib.
MÖVZU İLƏ BAĞLI:
Əhmədlidə ağacları kəsən qrupun kimliyi müəyyənləşdirilir - Baş Prokurorluq
Onlar oksigen mənbəyi olan ağacların kəsilməsindən narazılıqlarını bildiriblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə mediaya açıqlamasında ərazidə ağacların kəsildiyini təsdiq edib:
“Hadisə yerindən bir neçə ağacın kəsilməsində istifadə edilən alətlər götürülüb. Hazırda ərazinin sahibinin müəyyənləşməsi istiqamətində araşdırma gedir”.
Bizim.Media