“Şəhidimizin qanı yerdə qalmayacaq” – Deputatdan XƏBƏRDARLIQ 

Hazırda oxunan: “Şəhidimizin qanı yerdə qalmayacaq” – Deputatdan XƏBƏRDARLIQ 

117402

“Təəssüflər olsun ki, Tehranda səfirliyimizə qarşı terror aktı törədildi. Nəticədə, biz bu gün şəhidimizi son mənzilə yola salırıq. Eyni zamanda yaralılarımız da var”. 

Bunu Bizim.Media-nın sualına cavab olaraq millət vəkili Naqif Həmzəyev səsləndirib. 

“Terror aktı təəssüflər olsun ki, hələ də İran tərəfindən doğru-düzgün araşdırılmır. Lakin ümid edirik ki, İran nəhayət özündə cəsarət tapıb, səmimi araşdırma aparacaq və Azərbaycan təhqiqatçılarını da bu prosesdə iştirak etmək üçün dəvət edəcək. Gec-tez biz bu cinayəti törədənlərin, terror aktının arxasında dayanan qüvvələrin cəzasını verəcəyik. Onların ədalət mühakiməsinə çıxarılmasına nail olacağıq və şəhidimizin qanı yerdə qalmayacaq”, - deyə deputat əlavə edib. 

Millət vəkilinin sözlərinə görə, XXI əsrdə diplomatik nümayəndəliyə bu cür hücumun törədilməsi utancvericidir: 

“İranda 45 milyon Azərbaycan türkü yaşayır. Heç kim cəsarət edib, belə bir addım atmamalı idi. Cənab Prezidentin qərarı ilə Tehrandakı səfirliyimiz fəaliyyətini dayandırıb. Düşünürəm ki, bu doğru qərardır. Çünki İran tərəfinin diplomatlarımızın təhlükəsizliyini təmin edəcəyinə inamımız yoxdur”. 

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.
Yanvarın 29-da isə yerli vaxtla 22:00 radələrində Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını və səfirliyə hücum zamanı şəhid olan Orxan Əsgərovun cənazəsini gətirən təyyarə Bakıda Heydər Əliyev Hava Limanına eniş edib. Ümumilikdə Tehrandan Bakıya 53 nəfər təxliyə edilib.

Səkinə Yusibli, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin