Bir neçə gün öncə Moderator.az - a Samux rayonundan ilginc şikayət məktubu daxil olmuşdu və rayondakı uşaq musiqi məktəbinin direktoru və rayon mədəniyyət şöbəsinin müdiri haqqında kəskin ittihamlar yer almışdı.
Həmin ittihamın yer aldığı yazını bu linkdən oxumaq olar---moderator.az/news/116596.html
İki gün sonra ittiham olunanlar da saytımıza cavab məktubu göndərərək həmin faktları təkzib etmişdilər, onları hədəfə gətirənləri məhkəməyə verdiklərini bildirmişdilər. (Həmin yazını bu linkə tıklamaqla oxumaq olar---moderator.az/news/117046.html)
İndi isə yenidən şikayətçi saytımıza üz tutaraq Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyini də baş verənlərə ciddi müdaxilə etməyə çağırır:
"Hörmətli Redaksiya!
Bildirirəm ki, Samux rayon Sərkar kənd uşaq-musiqi məktəbinin direktoru, həm də Samux rayon məhkəməsində bizə qarşı iddia qaldırmış Məmmədbəyova Səadət Fərhad qızı cavab haqqından istifadə edərək redaksiyaya müraciət etmişdir.
Belə ki, bəhs edilən müraciətdə Məmmədbəyova Səadət Fərhad qızı öz qanunsuz əməllərinə bəraət qazandırmaq üçün böhtan və şər danışaraq növbəti dəfə sübut edir ki, bu sahədə hakim olan cəzasızlıq mühiti onu tamamən məsuliyyətsiz edibd. Əvvala o, bizi “böhtançı”x9d adlandırır və deyir ki 36 saat dərs yüküm var. Amma unudur ki, həmin dərs yükünün mənə verilməsi haqda əmrin tarixi şikayət etdiyim dövrdən sonraya aiddir. Mənim direktorun tədris işləri üzrə müavin vəzifəsi istəməm isə başdan - ayağa böhtandır, direktorun “elçilər”x9dinin təklif etdiyi, lakin mənim rədd etdiyim məsələdir. Direktorun anlaması üçün bildirmək istəyirəm ki, mən tək olmuşamsa bəs niyə 3 nəfəri məhkəməyə verib? Xüsusən də 3 müəllimdən biri, özü də kişi müəllimi, öz imzasından imtina edirsə bütün hallarda bu ürəkaçan vəziyyət deyil və əslində onun rəhbərlik etdiyi əmək kollektivində hökmran olan mühitin eybəcər təzahürüdür...
Odur ki, bizim adiyyatı orqanlara müraciətimiz Azərbaycan Respublikası Konsitutsiyasına, qüvvədə olan digər normativ hüquqi akt və qanunlara, Azərbaycan Respublikası Prezidentinin yürütdüyü sosial - siyasi mühitin fəlsəfəsinə tam uyun olaraq edilib. Biz rüşvətin, korrupsiyanın, qohumbazlığın aradan qaldırılmasını tələb etmişik və edəcəyik. Biz müracətimizdə bildirmişik ki, Məmmədbəyova Səadət Fərhad qızı bizə aid dərs yüklərini bu sahəyə adiyyatı olmayan başqalarına verir, qohumbazlıq edir, yerli kadr kimi bizlərin qanuni haqqımızı tanımaq istəmir, bizə aid saatları illərdi müsiqiyə adiyyatı olmayan tanımdığmız şəxslərin adlarına sənədləşdirir.
Maraqlı məqam isə bundan ibarətdir ki, bu faktları Mədəniyyət və Turizm Naziriyi tərəfindən təsdiqini tapdığı halda həmin sənədin mahiyyəti üzrə deyil, bildiyi şəkildə təsnifini verib. Direktor və onu himayə edənlər Samux rayon məhkəməsinə müraciət edib. Bununla da nəinki bizim yazdıqlarımızı şübhə altına almış, daha irəli gedərək, nazirliyin daxili tədqiqatının araşdırıb aşkara çıxardığı faktları da şübhə altına almış, daha bizim yox, nazirliyin də ciddi xəbərdarlığını yanlış olaraq özünün şərəf və ləyaqətinin təhqiri kimi qiymətləndirmişdir."
































































































